YapiKredi Müraciət Forması
Özəl Avto

Dizel dövrü bitir? — Uzaq məsafələr üçün yeni seçim

Dizel dövrü bitir? — Uzaq məsafələr üçün yeni seçim

Nazirlər Kabinetinin qərarına əsasən daxili yanma mühərrikli avtomobillərin istismarı mərhələli şəkildə məhdudlaşdırılacaq. Beynəlxalq sərnişin və yükdaşımalarda əsasən dizel yanacağından istifadə olunur.

Bu baxımdan elektriklə işləyən mühərriklərin uzaq məsafələrdə tətbiqi nə dərəcədə səmərəlidir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, elektrik mühərrikli nəqliyyat vasitələri hazırda da istismar olunur:

Dizel dövrü bitir? — Uzaq məsafələr üçün yeni seçim

"O cümlədən sərnişindaşımada elektrik mühərriki ilə işləyən avtobuslardan, yəni elektrobuslardan istifadə edilir. Buna görə də belə nəqliyyat vasitələrinin uzun məsafələrdə də istismar olunması istisna deyil. Burada əsas məqamlardan biri enerji doldurma məntəqələrinin lazımi ərazilərdə yerləşdirilməsidir. Bu infrastrukturun düzgün qurulması elektrik mühərrikli nəqliyyat vasitələrinin daha geniş ərazilərdə və uzun məsafələrdə istifadəsinə imkan yarada bilər".

Onun sözlərinə görə, bu, birbaşa nəqliyyat vasitəsinin texniki göstəricilərindən və spesifikasiyasından asılıdır:

"Belə ki, bəzi elektrik mühərrikli nəqliyyat vasitələri bir dəfə enerji doldurmaqla kifayət qədər uzun məsafə qət edə bilir. Buna görə də onların hansı məsafələrdə səmərəli şəkildə istifadə olunması batareyanın tutumu, enerji sərfiyyatı və enerji doldurma imkanları kimi amillərlə müəyyənləşir".

FH
Fidan Hacızadə
Müxbir