YapiKredi Müraciət Forması
Mədəniyyət

Çingiz Əhmədovun kökəlməsinin səbəbi "Coca-Cola" imiş

Çingiz Əhmədovun kökəlməsinin səbəbi Coca-Cola imiş

Əməkdar artist Çingiz Əhmədov xeyli çəki alıb. Aktyorun kökəlməsinə isə maraqlı bir səbəb olub.

Çingiz Əhmədov vaxtilə aparıcılıq etdiyi mətbəx verilişində "Coca-Cola"nın reklamını edib. Məhz həmin dövrdə aktyorun çəkisi 8-10 kiloqram artıb.

Qaynarinfo-ya açıqlamasında aktyor artıq çəkidən qurtulmağın onun üçün heç də asan olmadığını bildirib. O, əvvəlki çəkisinə qayıtmaq üçün bir il əziyyət çəkdiyini deyib:

"Arıqlamaq mənə ağır başa gəldi. Bir ilə güclə arıqladım. İndi özümü rahat hiss edirəm".

Çingiz Əhmədov noyabr ayında yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxacağını da xatırladıb.(sfera.az)

NE
Nihadə Eyyubova