Hadisə

Ermənistanın 13 hərbçisi ölüb — Düşmən tərəfi ETİRAF ETDİ

Ermənistanın 13 hərbçisi ölüb — Düşmən tərəfi ETİRAF ETDİ

Cari ilin yanvar ayının 1-dən bu günədək Ermənistan ordusunun 13 hərbi qulluqçusu ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, ölümlərin hamısı naməlum şəraitdə qeydə alınıb.

"Ölüm halları komandanlıq heyətinin müddətdən artıq xidmət edən hərbi qulluqçular (MAXE) və əsgərlər üzərində nəzarəti itirməsi ilə əlaqədardır. Ermənistanda və Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrin əksəriyyətində eyni vəziyyət hökm sürür", - deyə erməni KİV-ləri orduda vəziyyətin acınacaqlı olduğunu diqqətə çatdırıb. (Azvision.az)

D
demokrat.az