Maraqlı

Noyabrın ortalarınadək bu 3 bürcü ciddi dəyişikliklər gözləyir

Noyabrın ortalarınadək bu 3 bürcü ciddi dəyişikliklər gözləyir

2026-cı ilin noyabr ayının ortalarınadək üç bürcün nümayəndəsi həyat seçimlərini yenidən nəzərdən keçirməli olacaq. Karyera, münasibətlər, sosial çevrə və şəxsi planlarla bağlı məsələlər gündəmə gələcək.

Demokrat.az xəbər verir ki, astroloq Gelena Hatorun şərhinə görə, bu dövr köhnəlmiş qərarlardan imtina etmək və insanın özünü daha yaxşı tanıması üçün fürsət kimi qiymətləndirilir. Dəyişikliklərin əsasən Əkizlər, Əqrəb və Qız bürclərinə təsir edəcəyi bildirilir.

Əkizlər

Əkizlər həyatlarının müxtəlif sahələrini, o cümlədən karyeralarını və sağlamlıqlarını yenidən qiymətləndirməyə başlayacaqlar. Gözlənilən nəticəni verməyən məsələlərə xüsusi diqqət yetirəcəklər. İş yerində həmkarlar və rəhbərliklə münasibətlərdə gərginlik yarana, uzun müddətdir müzakirə olunmayan problemlər üzə çıxa bilər.

Astroloqun fikrincə, bu dövr əməkhaqqının artırılması barədə danışmaq, daha yüksək vəzifəyə iddia etmək və ya mövcud işdən narazılıq varsa, yeni imkanlar axtarmaq üçün münasib mərhələ ola bilər. Əsas məsələ öz istəklərini dəqiq müəyyənləşdirmək və onları açıq şəkildə ifadə etməkdir.

Əqrəb

Əqrəblər həm şəxsi həyatlarında, həm də münasibətlərində ciddi dəyişikliklərlə üzləşə bilərlər. Onlar ətraflarındakı insanlara fərqli gözlə baxmağa, mövcud əlaqələrin nə dərəcədə dəyərli olduğunu anlamağa çalışacaqlar.

Gelena Hator bu prosesi şəxsi yenilənmə mərhələsi kimi xarakterizə edir. Daxili dəyişikliklər Əqrəblərin sosial çevrəsinə də təsir göstərə bilər. Bəzi insanlarla münasibətlər zəifləyə, əvvəlki əlaqələr öz əhəmiyyətini itirə bilər. Bununla belə, bu mərhələ onların həyatında həqiqətən vacib olan insanları müəyyənləşdirməsinə və daha sağlam münasibətlər qurmasına kömək edə bilər.

Qız

Qız bürcündən olanlar dostluq, iş və digər sosial əlaqələrini yenidən nəzərdən keçirəcəklər. Noyabrın ortalarınadək onların ətraflarındakı insanlara və peşəkar mühitə münasibətləri dəyişə bilər. Xüsusilə göstərdikləri səylərin qarşılığını alıb-almadıqları barədə düşünməyə başlayacaqlar.

Astroloqun şərhinə görə, Qızlar qazandıqları gəlirin çəkdikləri zəhmətə uyğun olub-olmadığını, münasibətlərdə qarşılıqlı dəstək görüb-görmədiklərini və hazırkı həyatlarından nə dərəcədə razı qaldıqlarını sorğulayacaqlar. Nəticələr onları qane etməsə, konkret addımlar atmağa qərar verə bilərlər. Bu dəyişikliklər həm karyeraya, həm də dostluq münasibətlərinə təsir göstərə bilər.

Jalə