Azərbaycan Dəmir Yollarının (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin ilk 9 ayında 631 min tondan çox yük aşırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə qeydə alınan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Təkcə 2026-cı ilin sentyabr ayında terminalda 93 min tondan çox yük aşırılıb. Bu isə ötən ilin müvafiq ayının göstəricisindən 52 faiz yüksəkdir.



