Özəl

Yaxın günlərdə bəxti gətirəcək 4 bürc - Onları xoş sürprizlər gözləyir

Yaxın günlərdə bəxti gətirəcək 4 bürc - Onları xoş sürprizlər gözləyir

Oktyabrın 10-dan etibarən dörd bürcün həyatında müsbət dəyişikliklərin baş verəcəyi, onların karyera, maliyyə və şəxsi münasibətlər sahəsində yeni imkanlarla qarşılaşacağı iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə UNIAN-ın dərc etdiyi astroloji proqnozda bildirilib.

Buğa

Buğaların əzmkarlığı və zəhməti yaxın günlərdə bəhrəsini verə bilər. İş həyatında vəzifə yüksəlişi və gəlirin artması ilə bağlı imkanlar yarana bilər. Həmkarlarla münasibətlərdə gərginliyin azalacağı, şəxsi həyatda isə müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir. Subay Buğalar üçün yeni tanışlıqlar, münasibətdə olanlar üçün isə mübahisələri geridə qoymaq fürsəti yarana bilər.

Qız

Qız bürcündən olanları karyera sahəsində mühüm dəyişikliklər gözləyə bilər. Vəzifə yüksəlişi, başqa şirkətə keçid və ya yeni peşəyə yiyələnmək ehtimalı var. Şəxsi həyatda da əlamətdar hadisələrin baş verəcəyi, bəzi nümayəndələrin evlilik təklifi və ya ailəyə yeni üzvün qatılması ilə bağlı xəbərlər ala biləcəyi bildirilir. Subay Qızlar isə güclü hisslər yaşayacaqları biri ilə tanış ola bilərlər.

Şir

Şirlər üçün yaxın günlərdə münasibətləri möhkəmləndirmək və maliyyə imkanlarını genişləndirmək baxımından əlverişli dövr başlaya bilər. Əvvəllər edilən investisiyaların ayın sonuna doğru gəlir gətirməsi mümkündür. İş həyatında maraqlı layihələrə qoşulmaq və yeni perspektivlər əldə etmək şansı da yarana bilər. Yaxınların dəstəyi onların uğur qazanmasında mühüm rol oynaya bilər.

Oğlaq

Oktyabrın 10-dan etibarən Oğlaqların enerjisinin artacağı və uzun müddətdir təxirə saldıqları planları həyata keçirmək üçün fürsətlər əldə edəcəkləri proqnozlaşdırılır. Gözlənilməz təkliflər və yeni imkanlar onların həyatında müsbət dəyişikliklərə yol aça bilər. Astroloji şərhə görə, yeniliklərə açıq olmaq və fərqli variantları nəzərdən keçirmək Oğlaqların uğur şansını artıra bilər.

Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. Bürclərlə bağlı proqnozlar əyləncə xarakteri daşıyır və gələcək hadisələrin etibarlı göstəricisi hesab olunmur.

Jalə