İnfrastruktur

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-u saat 23:00-dan oktyabrın 11-i saat 07:00-dək, oktyabrın 11-də saat 23:00-dan oktyabrın 12-si saat 07:00-dək təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.