Şou-biznes

Türkan Şorayın paylaşımı kövrəltdi: "Kaş anamız da yanımızda olaydı" - FOTO

Türkan Şorayın paylaşımı kövrəltdi: Kaş anamız da yanımızda olaydı - FOTO

Türkiyə kinosunun əfsanəsi Türkan Şoray son günlər həm sevincli, həm də kədərli hadisələrlə gündəmə gəlib. Bacısı Figen Çevik Gezerin oğlu Ahmet Kaanın toyunda iştirak edən aktrisa sosial şəbəkədə paylaşdığı duyğusal sözlərlə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, Türkan Şoray bacısı Nazan Şorayla birlikdə bacısı oğlunun nikah mərasimində şahidlik edib. Ahmet Kaan Aybüke adlı xanımla ailə həyatı qurub.

Mərasimdən fotolar paylaşan sənətçi ailə üzvlərinin xoşbəxtlik göz yaşlarını saxlamağa çalışaraq toyu izlədiklərini bildirib. O, ailədə Ahmet Kaanı "ailəmizin şahzadəsi" adlandırdıqlarını qeyd edib, gəlinin isə mələklər kimi gözəl göründüyünü yazıb.

Lakin Şorayın paylaşımında ən çox diqqət çəkən məqam mərhum anası ilə bağlı sözləri olub. Aktrisa ürək ağrısını ifadə edərək, "Kaş anamız da nəvəsinin bu toyunda bizimlə birlikdə olaydı", deyə o yazıb. Bu cümlə izləyicilərini kövrəldib.

Türkan Şoray gənc cütlüyə xoşbəxtlik arzulayaraq onların gözəl qəlbləri kimi gözəl və xoşbəxt bir ailə həyatı yaşamalarını diləyib.

Qeyd edək ki, Türkan Şoray oktyabrın 5-də 90 yaşında vəfat edən tanınmış aktyor Göksel Arsoya həsr etdiyi vida paylaşımı ilə də gündəmə gəlmişdi. Aktrisa həmin paylaşımında karyerasının ilk illərini xatırladaraq Arsoyun türk kinosunda daim yaşayacağını vurğulamışdı.

Türkan Şorayın paylaşımı kövrəltdi: Kaş anamız da yanımızda olaydı - FOTO

Jalə