Erməni bloqer Roman Bağdasaryan altıncı ildönümündə İkinci Qarabağ müharibəsi (44 günlük müharibə) ilə bağlı fikirlərini özünün "Roman Bagdasaryan" adlı YouTube kanalında bölüşüb.
Demokrat.az-ın məlumatına görə, o, yayımında qeyd edib ki, bu müharibədə əslində hərəsi öz məqsədlərini güdən bir neçə tərəf iştirak edib.
Azərbaycan haqqında danışarkən bloqer vurğulayıb ki, ölkənin məqsədi Bakının özününkü hesab etdiyi bütün ərazilər üzərində nəzarəti bərpa etmək idi.
"Digər tərəfdən, Ermənistan üzərindəki nəzarəti itirməkdən narahat olan və bu ölkənin demokratikləşməsini istəməyən Rusiya onu cəzalandırmaq qərarına gəldi. Münaqişənin digər içtirakçıları (Qarabağın separatçı liderlə- red) generallarıdır. Bir daha qeyd edim ki, 2018-ci ildən etibarən çoxsaylı cinayətlər törətmiş və böyük sərvət toplamış separatçıların liderləri Paşinyanın komandasına qarşı dərin nifrət bəsləməyə başladılar. Və 44 günlük müharibədə - tam həqiqəti deyirəm - erməni əsgərlərinə qarşı təkcə Azərbaycan ordusu deyil, həm də Ermənistandan olan əsgərləri məhv edən yüzlərlə Qarabağlı generallar və zabitlər vuruşurdu!", - deyə erməni bloqer separatçıları ifşa edib.
O, bildirib ki, bu prosesə Köçəryan başçılıq edib.
"Niyə? Müharibənin ilk günlərində Köçəryan Qarabağa gələndə - bunu anlamalısınız - Paşinyanın 2018-ci ildə həbs etdirdiyi o alçaq, o ilan Köçəryan... o, Ermənistana nifrət edirdi və uzun müddətdir ki, nifrət edir. O həmçinin, 2018-ci ildə onu alçaldan və palçığa batıran Paşinyana və hökumətə qarşı da dərin nifrət bəsləyirdi. Köçəryan - tapdalanmış, çirkab suyu kimi məhv edilmiş o adam - 44 günlük müharibənin ilk günlərində Qarabağa getdi və generallarına, muzdlu qatillərinə və cinayətkarlara əsgərlərimizi öldürmək əmri verdi. Həqiqət budur və mən bunu min dəfə sübut etmişəm. Əsgərlərimizin 40%-i Qarabağ ermənilərinin əli ilə həlak olub - bunu rəsmən bəyan edirəm və bunu milyon dəfələrlə sübut etmişəm. Bu necə baş verdi? Qəsdən öldürmələr; Qarabağ zabitlərinin və müqaviləli hərbi qulluqçuların cinayətkar səhlənkarlığı ucbatından baş verən ölümlər; və Qarabağ ordusunun bacarıqsızlığı nəticəsində yaranan ölümlər. Bir sözlə, üç amil mövcud idi: qəsdən öldürmələr və tələlər, bacarıqsızlıq və cinayətkar səhlənkarlıq", - deyə Bağdasaryan vurğulayıb.
Alparslan


