Şou-biznes

"Bergüzar həmişə var" - Məşhur aktrisanın zarafatı diqqət çəkdi

Bergüzar həmişə var - Məşhur aktrisanın zarafatı diqqət çəkdi

Türkiyəli aktrisa Bergüzar Korel və aktyor Halit Ergençin adının çəkildiyi tədbirdə maraqlı və gülməli anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, Zorlu PSM-nin ötən axşam keçirilən yeni mövsüm açılış mərasimində səhnəyə çıxan Bergüzar Korel həyat yoldaşı Halit Ergenç və Zerrin Tekindorun baş rollarda oynadığı "Satıcının ölümü" tamaşasını təqdim edib.

Tamaşa barədə danışan Zerrin Tekindor həyat yoldaşını canlandıran aktyorun saqqalını sığallayıb. Bu zaman zalda əyləşənlərdən biri zarafatla "Amma Bergüzar var!" deyərək ona səslənib. Bergüzar Korel bu sözlərə "Estağfurullah, canım" cavabını verib. Tekindor isə zarafatı davam etdirərək "Bergüzar həmişə var" deyib. Bu dialoq tədbir iştirakçılarını güldürüb.

Mərasimdə digər tanınmış simalar da iştirak ediblər. Aktyor Engin Hepileri və həyat yoldaşı Beyza Şekerci dekabr ayında premyerası nəzərdə tutulan yeni tamaşaları üzərində çalışdıqlarını bildiriblər. Şekerci tamaşaya bilet tapmağın belə çətin olduğunu deyərək həyat yoldaşının hər hansı bir tamaşaya başlamazdan təxminən bir il əvvəl hazırlıqlara başladığını qeyd edib.

Engin Hepileri isə teatrın gəlir gətirib-gətirməməsi ilə bağlı suala işini düzgün görən və planlamasını yaxşı aparan şəxslər üçün teatrın qazanc mənbəyi ola biləcəyini söyləyib.

Gecəyə tək qatılan aktrisa Birce Akalay da sevgilisi Hakan Kurtaşın ona ilk dəfə gördüyü anda aşiq olduğunu deməsinə münasibət bildirib. Aktrisа həmin günü və sevgilisinin ona baxışlarını xatırladığını deyərək özünü şanslı hesab etdiyini vurğulayıb.

Aktrisa Fadik Sevin Atasoy isə təxminən bir ildən sonra anası ilə eyni səhnəni bölüşəcəyi tamaşaya hazırlaşdıqlarını açıqlayıb.

Jalə