Siyasət

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabinetin 25 fevral 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İxracı və idxalı Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının "Qeyd" hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları"nda dəyişiklik edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıdan emal edilməmiş almaz (ixracına münasibətdə) çıxarılıb.

Qərar Azərbaycanın "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.