Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir.
Demokrat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.
Ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırdığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.
Prezident İlham Əliyev həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib.


