Yaxın Şərqdə yaranmış vəziyyət problemə çevrilib.
Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin Türkmənistanda iranlı həmkarı Məsud Pezeşkianla görüşü zamanı deyib.
"Rusiya Yaxın Şərqdə yaranmış vəziyyətin tənzimlənməsində İrana kömək etmək üçün hər şeyi etməyə hazırdır", - o qeyd edib.
Putin vurğulayıb ki, Moskva Tehranın bu regional münaqişəni başa çatdırmaq üçün real cəhdlərini görür.
Liderlər danışıqlarda təkcə Yaxın Şərqdəki vəziyyəti deyil, həm də ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
"İkitərəfli münasibətlərə gəldikdə, qeyd etmək istəyirəm ki, onlar ötən ilin əvvəlində imzalanmış fundamental müqaviləmiz əsasında müsbət məcrada inkişaf edir", - Rusiya Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Rusiya-İran ticarət dövriyyəsi 2025-ci ildə 21% artıb və bu il də artmaqda davam edir.


