İdman

"Barselona"dan "Qalatasaray" qərarı: Ulduzlar ehtiyatda qala bilər

Barselonadan Qalatasaray qərarı: Ulduzlar ehtiyatda qala bilər

"Qalatasaray"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Barselona"nın sıx oyun qrafiki komandanın heyət seçimlərinə təsir edə bilər.

Demokrat.az xəbər verir ki, Kataloniya təmsilçisi 15 gün ərzində "Qalatasaray", PSJ, "Real Madrid", "Real Betis" və "Xetafe" ilə qarşılaşacaq. Bu sıx təqvim baş məşqçi Hansi Fliki futbolçuların oyun yükünü nəzərə almağa məcbur edə bilər.

Məlumata görə, almaniyalı mütəxəssis "Qalatasaray"la Çempionlar Liqası matçında rotasiyaya əl atmağı düşünür. Xüsusilə PSJ və "Real Madrid"lə oyunların yaxın tarixlərdə keçirilməsi əsas heyət üzvlərinin istirahət etdirilməsi ehtimalını artırır.

Belə ki, Flikin bəzi aparıcı futbolçuları "Qalatasaray"la matçda ehtiyatda saxlaması və ya onların oyun vaxtını məhdudlaşdırması gözlənilir. Bu qərarın əsas məqsədinin futbolçuların fiziki durumunu qorumaq və sıx qrafikdə zədələnmə riskini azaltmaq olduğu bildirilir.

"Barselona"nın qarşıdakı 15 günlük proqramında həm La Liqa, həm də Çempionlar Liqası matçlarının olması komanda üçün ciddi sınaq hesab edilir. Xüsusilə "Real Madrid"lə Madrid derbisinin də bu dönəmə təsadüf etməsi heyət planlamasını daha da önəmli edir.

Qeyd edək ki, "Barselona" ilə "Qalatasaray" arasındakı Çempionlar Liqası qarşılaşmasının nəticəsi turnirdə hər iki komandanın mövqeyi baxımından böyük əhəmiyyət daşıyır.

Jalə