2026-cı il ərzində uşaqlara ən çox verilən adlar açıqlanıb.
Demokrat.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ilin 9 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı verilib. Belə ki, bu ad 1143 nəfər uşağa verilib.
Qız adlarından isə ən çox istifadə olunan Melisa adıdır. Bu il doğulan 847 qıza Melisa adı verilib.
Uşaqlara qoyulan ən çox adların siyahısı belədir:
Uğur (1143), Raul(896), Miran(772), Əli(749), Hüseyn(732), Yusif(611), Murad(513), Ömər(496), Tunar(464) və Ayxan(461), qızlara isə Melisa (847), İnci(806), Alisa(785), Məryəm(748), Nilay(740), Aylin(729), Ayla(667), Zəhra(650), Zeynəb(619) və Miray(519).


