Hadisə

Cəbrayılda mina partlayışında 26 yaşlı gənc ağır xəsarətlər aldı

Cəbrayılda mina partlayışında 26 yaşlı gənc ağır xəsarətlər aldı

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun, Dağmaşanlı kəndində mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Demokrat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbi ilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 8-i saat 15:10-da Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

NE
Nihadə Eyyubova