Sosial

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.

ƏƏSMN-dən verilən məlumata görə, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.