Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
Onun sözlərinə görə, bu əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə məhdudlaşmır.
"Ölkələrimizin sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyi bütün uğurlarımızın əsasını təşkil edir, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin gücləndirilməsinin təminatıdır", - dövlət başçısı vurğulayıb. (report)


