Region

Ermənistan parlamentində davaya görə 6 deputat köməkçisinə giriş qadağası qoyulub

Ermənistan parlamentində davaya görə 6 deputat köməkçisinə giriş qadağası qoyulub

Dünən iclas zalında baş verən davadan sonra müxalif "Güclü Ermənistan" partiyasının 6 deputat köməkçisinin ölkənin parlament binasına girişi qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan mediası parlamentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Həmçinin bildirilib ki, spiker Ruben Rubinyan parlamentarilər arasındakı davaya deputat köməkçilərinin müdaxiləsi ilə əlaqədar xidməti araşdırmaya başlanılmasını tapşırıb.

"Güclü Ermənistan"ın mətbuat xidmətindən vurğulanıb ki, hələ qadağa barədə bildiriş almayıblar.

Qeyd edək ki, dünən parlamentin iclası hakim "Vətəndaş Müqaviləsi" partiyası və müxalif "Güclü Ermənistan"ın nümayəndələri arasındakı mübahisə və davaya görə iki dəfə dayandırılıb.