Şou-biznes

Xalq artisti əməliyyat edildi

Xalq artisti əməliyyat edildi

Xalq artisti, diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Xalq artistinin qızı Lalə Sənan məlumat verib.

"Hazırda səhhəti normaldır", - deyə L.Sənan əlavə edib.

Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub. (Teleqraf)