Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şərur rayon sakini, 1981-ci il təvəllüdlü Telman ailə münaqişəsi zəminində həyat yoldaşı Məlahət (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Telman arvadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkən də ərindən şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


