Siyasət

Azərbaycan və BMT arasında insan hüquqları ilə bağlı birgə layihələrin keçirilməsi müzakirə olunub

Azərbaycan və BMT arasında insan hüquqları ilə bağlı birgə layihələrin keçirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə iki ölkə arasında insan hüquqları ilə bağlı birgə layihələrin keçirilməsini müzakirə edib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini bildirib.

Müvəkkil insan hüquqlarının müxtəlif istiqamətləri üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsinin, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Dmitro Şlapaçenko qəbula görə Ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib.