Özəl

"Sotto sushi" restoranında dava düşdü

Sotto sushi restoranında dava düşdü

Bakının Nəsimi rayonunda restoranda işçilər arasında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə "Sotto sushi" restoranında baş verib. Aqil adlı işçi orada aşpaz işləmiş Fəridlə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb borc məsələsi olub. Aqil restoranın mətbəxində əvvəllər aşpaz işləmiş Fəridlə aralarında borc məsələsinə görə yaranmış mübahisə zamanı onu qəsdən yumruqla vurub və ona xəsarətlər yetirib.

Faktla bağlı Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

R
Redaktor