Sənaye və energetika

Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır

Azərbaycanın həyata keçirdiyi "yaşıl enerji dəhlizi" layihələri Böyük Britaniya şirkətləri qarşısında yeni perspektivlər açır.

Demokrat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VIII iclasında deyib.

Nazirin sözlərinə görə, dünya miqyasında dəyişən enerji landşaftı elektrik şəbəkələrinin və regional əlaqələrin strateji rolunu daha da artırır:

"Azərbaycan Xəzər hövzəsini və Mərkəzi Asiya regionunu Avropa qitəsi ilə əlaqələndirmək məqsədilə genişmiqyaslı "yaşıl enerji dəhlizi" layihələrini reallaşdırır. Bu layihələrə TRASEKA marşrutu ilə Naxçıvan və Türkiyə üzərindən Şərq bazarlarına qədər uzanan istiqamət də daxildir. Böyük Britaniyadan olan tərəfdaşlarımızı həm bu, həm də digər "yaşıl enerji bağlantısı" layihələrinə qoşulmağa çağırırıq. Britaniyanın "Xlinks" şirkətinin bu prosesə cəlb edilməsi, eləcə də bu gün Yaşıl Dəhliz Alyansı ilə Anlaşma Memorandumunun imzalanması gələcək tərəfdaşlığımız üçün yeni fürsətlər yaradır." (report)