"Fənərbağça" qış transfer dönəmində heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu yarımmüdafiə xəttini gücləndirmək üçün İngiltərənin "Brayton" klubunda çıxış edən Yasin Ayarini transfer etmək istəyir. 22 yaşlı futbolçu daha əvvəl "Qalatasaray"ın da transfer gündəmində olub.
"Fənərbağça" yay transfer pəncərəsində Fredlə yollarını ayırsa da, onun yerinə futbolçu ala bilməyib. Bu səbəbdən klub rəhbərliyi həm müdafiə, həm də hücum baxımından faydalı ola biləcək yarımmüdafiəçi axtarışındadır.
Tunisdən olan isveçli futbolçunun "Brayton"la müqaviləsi mövsümün sonunda başa çatır. Ayarinin İngiltərə klubunun yeni müqavilə təklifini qəbul etmədiyi bildirilir. İngiltərə mətbuatına görə, futbolçunun yanvar ayında komandadan ayrılması ehtimalı yüksəkdir.
Bazar dəyəri 40 milyon avro göstərilən Ayari "Brayton"un heyətində indiyədək 82 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Fənərbağça"nın alternativ hədəfi isə "Lorient"in 21 yaşlı kamerunlu yarımmüdafiəçisi Artur Avomdur. Onun da klubun yeni müqavilə təklifini qəbul etmədiyi və karyerasında yeni səhifə açmaq istədiyi qeyd olunur.
Jalə


