Maraqlı

Bu bürclə tezliklə böyük pul qazanacaq: Sərvət kimə nəsib olacaq?

Bu bürclə tezliklə böyük pul qazanacaq: Sərvət kimə nəsib olacaq?

6 oktyabr 2026-cı ildən etibarən dörd bürc üçün uğurlu və imkanlarla zəngin dövr başlayır. Astroloji proqnozlara görə, bu bürclərin nümayəndələri maliyyə baxımından əlverişli təkliflərlə qarşılaşa və uzun müddətdir gözlədikləri nəticələri əldə edə bilərlər.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.

Astroloqlar bildirirlər ki, söhbət yalnız xarici şanslardan getmir. Özünə inam, əvvəlki zəhmətin nəticələrini görmək və yaranan imkanlardan düzgün istifadə etmək də bu dövrün əsas xüsusiyyətlərindəndir.

Buğa

6 oktyabrdan etibarən Buğa bürcünün nümayəndələri uzun müddətdir üzərində çalışdıqları işlərin nəticəsini görə bilərlər. Səbir və əzmkarlıq tələb edən proseslər nəhayət real qazanc gətirməyə başlaya bilər.

Onların qarşısına sərfəli təkliflər, xoş xəbərlər və yeni maliyyə imkanları çıxa bilər. Astroloji şərhlərə görə, Buğalar qarşılarına çıxan fürsətləri dəyərləndirməyə hazır olmalıdırlar.

Tərəzi

Tərəzilər üçün bu dövrdə əsas dəyişiklik özünəinamla bağlı olacaq. Daha inamlı davranışları onların ətrafındakı insanların diqqətini cəlb etməsinə və yeni əlaqələrin yaranmasına şərait yarada bilər.

Bu imkanlar yalnız maddi gəlirlərlə məhdudlaşmaya bilər. Yeni tanışlıqlar, dəstək və şəxsi münasibətlərdə müsbət dəyişikliklər də Tərəzilərin həyatında rol oynaya bilər. Onların əsas üstünlüyü isə özlərini daha rahat ifadə etmələri olacaq.

Oxatan

6 oktyabrdan sonra Oxatanları irəli aparan güclü motivasiya yarana bilər. Onların yeni ideyalara və layihələrə həvəsi daha ciddi nəticələrə çevrilə bilər.

Astroloji proqnozlara əsasən, əvvəllər yalnız arzu kimi görünən bəzi imkanlar reallaşa bilər. Oxatanların qarşısında daha böyük hədəflər qoyması və yaranan fürsətlərdən çəkinməməsi tövsiyə olunur.

Dolça

Dolçalar üçün isə gözlənilməz dəyişikliklər dövrü başlayır. İlk baxışda planlaşdırılmamış kimi görünən hadisələr sonradan onların xeyrinə nəticələnə bilər.

Dolçalar uzun müddət müxtəlif ideyalar arasında seçim etməkdə çətinlik çəkmiş və planlarını dəfələrlə dəyişmiş ola bilərlər. Lakin bu axtarışların nəticəsində nə istədiklərini daha yaxşı anlayıblar. 6 oktyabrdan sonra əvvəlki cəhdlərdən biri nəticə verə və onların qarşısında yeni imkanlar aça bilər.

Jalə