Dünya

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal filialının mütəxəssisləri məlumat veriblər.

Yeraltı təkanlar oktyabrın 5-də, bazar ertəsi, yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə 02:54-də) qeydə alınıb.

Zəlzələnin maqnitudası Rixter şkalası üzrə 4,1-ə çatıb. Seysmoloqlar bunu episentr ərazisində cüzi dağıntılara səbəb ola biləcək hiss olunan zəlzələ kimi qiymətləndirirlər.