Türkiyəli aktrisa Esra Bilgiçlə DJ Faruk Sabancının münasibəti Türkiyə mətbuatının gündəmində qalmaqda davam edir.
Demokrat.az xəbər verir ki, "Diriliş Ertuğrul", "Bir Umut Yeter" və "Adanış: Kutsal Kavga" kimi layihələrdə rol alan Esra Bilgiç şəxsi həyatı ilə də diqqət çəkir. Aktrisa zaman-zaman sevgilisi Faruk Sabancı ilə romantik fotolarını sosial media hesabında paylaşır.
Bilgiçin son paylaşımında istifadə etdiyi dəbdəbəli çanta isə izləyicilərin diqqətindən yayınmayıb. "Takvim"də yayılan xəbərə görə, çantanın Faruk Sabancı tərəfindən aktrisaya hədiyyə edildiyi iddia olunur.
Məlumata əsasən, dünya şöhrətli brendlərdən birinə məxsus olduğu bildirilən çantanın dəyərinin təxminən 30 min dollar olduğu iddia edilir. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 1,5 milyon türk lirəsinə bərabərdir.
Faruk Sabancı və Esra Bilgiç sözügedən hədiyyə ilə bağlı rəsmi açıqlama verməyib. Cütlüyün münasibəti isə Türkiyə maqazin mediasında müzakirə olunmaqda davam edir.

Jalə


