"Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan Ukrayna klubundakı nəticələri ilə diqqət çəkir.
Demokrat.az xəbər verir ki, "Hürriyet"in məlumatına görə, 39 yaşlı mütəxəssis 2025-ci il iyulun 1-dən rəhbərlik etdiyi komandanın başında 61 rəsmi oyuna çıxıb. Bu qarşılaşmaların 40-da qələbə qazanan Arda Turanın qalibiyyət faizi 65,6 faiz təşkil edib.
Onun rəhbərliyi altında "Şaxtyor" 61 oyunda rəqib qapılarına 128 qol vurub. Bu isə hər matça orta hesabla 2,10 qol deməkdir. Ukrayna klubu eyni müddətdə hər oyuna 2,36 xal ortalaması ilə çıxış edib.
Arda Turan ötən mövsüm çətin şərtlərə baxmayaraq "Şaxtyor"la Ukrayna çempionluğunu qazanıb. Yeni mövsümdə də komanda uğurlu çıxışını davam etdirir.
Ukrayna çempionatında 7 oyuna çıxan "Şaxtyor" 6 qələbə və 1 məğlubiyyət əldə edib. 18 xalla ikinci pillədə qərarlaşan Donetsk təmsilçisi bu görüşlərdə 15 qol vurub, qapısında isə 4 top görüb.
Arda Turan bundan əvvəl "Eyüpspor"u çalışdırıb və İstanbul klubunun başında 84 oyunda 1,77 xal ortalaması ilə çıxış edib. "Şaxtyor"dakı göstəricilər isə onun məşqçilik karyerasında ən yüksək nəticələrdən biri kimi diqqət çəkir.
Jalə


