"Azərbaycan Dəmir Yolları" QSC dəmir yollarında dayanıqlılığı artırmaq üçün yeni innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə davam edir.
Demokrat.az xəbər verir ki, bu istiqamətdə növbəti addım dəmir yolu üzərindəki təhlükəli maneələri real vaxt rejimində və istənilən hava şəraitində aşkarlayıb təsnifləndirən süni intellekt əsaslı startap həlləri üçün "Plug and Play" tərəfindən müraciətlərin qəbuluna başlanmasıdır.
Bu təşəbbüs ADY nümayəndələrinin iştirak etdiyi "Plug and Play × IDDA – Industry Challenge" innovasiya seminarında aparılmış müzakirələr əsasında formalaşıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) və beynəlxalq innovasiya şirkəti "Plug and Play"in birgə təşkil etdiyi seminarda nəqliyyat sektorundakı çağırışlar və onların həllində startap texnologiyalarının tətbiqi imkanları müzakirə olunub.
Sözügedən mövzuda startap həlli təqdim etmək üçün siz də müraciət edə bilərsiniz:
//diuy0hu6dxq.typeform.com/to/mxmc8MQa



