Dünya

Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb

Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb

Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələr istehsal olunan zavodda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə TASS operativ xidmətlərə istinadən məlumat yayıb.

"Yanğın nəticəsində 13 nəfər həlak olub, müəssisədə ümumilikdə 15 nəfər olub ", - məlumatda qeyd olunub.

Bildirilib ki, həmin müəssisənin yerləşdiyi Yaroslavl vilayətindəki Kubrinsk qəsəbəsi elektrik enerjisiz qalıb. Yanğın nəticəsində fişəng anbarının yaxınlığında yerləşən evlərə ziyan dəyib.

NE
Nihadə Eyyubova