İdman

"Fənərbağça" milli futbolçu ilə bağlı qərar verdi

Fənərbağça milli futbolçu ilə bağlı qərar verdi

"Fənərbağça"da daxili transfer çalışmaları davam edir. İstanbul təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq Mert Müldürlə bağlı qərarını verib.

Demokrat.az "Fanatik"ə istinadən xəbər verir ki, klub rəhbərliyi 27 yaşlı futbolçunun müqaviləsini uzatmağa hazırlaşır. Hazırkı sözləşməsi 30 iyun 2027-ci ildə başa çatacaq milli futbolçunun komandada qalmaq istədiyi və tərəflər arasında danışıqların yaxın zamanda başlayacağı bildirilib.

Mert Müldür hazırda zədə səbəbindən təxminən 1,5-2 ay yaşıl meydanlardan uzaq qalacaq. Buna baxmayaraq, "Fənərbaxça" rəhbərliyinin futbolçunun gələcəyinə müsbət yanaşdığı qeyd olunur.

Müldürlə bağlı klub prezidenti Aziz Yıldırımın sentyabrın əvvəlində səsləndirdiyi fikirlər də diqqət çəkib. O, heyətin planlaşdırılması ilə bağlı çıxışında "Mert Müldür deyə bir oyunçu var, niyə ondan faydalanmırıq?" ifadəsini işlədib. Bundan sonra futbolçu daha çox oyun şansı qazanmağa başlayıb.

Mert Müldür "Fənərbaxça"nın heyətində indiyədək 124 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 5 qol vurub və 13 məhsuldar ötürmə edib.

Jalə