"Qalatasaray"da mövsümün sonunda müqaviləsi başa çatacaq İlkay Gündoğanın yanvar ayında komandadan ayrılması gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, 35 yaşlı yarımmüdafiəçi karyerasının son mərhələsində daha çox oyun şansı qazanmaq və əsas heyətdə müntəzəm çıxış etmək istəyir.
Müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunun qış transfer pəncərəsində ona gələcək təklifləri nəzərdən keçirməyə isti yanaşdığı bildirilir. İlkay Gündoğan üçün əsas prioritetin müntəzəm oynaya biləcəyi və komandada mühüm rol ala biləcəyi layihədə yer almaq olduğu qeyd olunur.
Təcrübəli futbolçuya Səudiyyə Ərəbistanından bir sıra klubların maraq göstərdiyi də iddia edilir. Mümkün təkliflərin yanvar transfer pəncərəsi yaxınlaşdıqca konkretləşəcəyi gözlənilir.
"Qalatasaray"ın da İlkay Gündoğanın gələcəyi ilə bağlı vəziyyəti yaxından izlədiyi vurğulanır. Yanvar ayında baş verəcək inkişaflar futbolçunun İstanbul klubundakı karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirə bilər.
Jalə

