"Beşiktaş"ın baş məşqçisi Vinçenso İtaliano klub prezidenti Serdal Adalıya istədiyi futbolçuların adlarını təqdim edib.
Demokrat.az xəbər verir ki, ötən yay transfer dönəmini olduqca aktiv keçirən "Beşiktaş"da digər mövqelərlə müqayisədə rotasiya yarımmüdafiə xətti gözləntiləri tam doğrultmayıb.
Baş məşqçi Vinçenso İtalianonun təqdim etdiyi siyahı doğrultusunda erkən hərəkətə keçən "Beşiktaş" rəhbərliyi böyük transfer əməliyyatına başlayıb.
"Qara qartal" yay transfer dönəmində heyətinə qatmaq istədiyi, lakin razılığa gələ bilmədiyi Co Uillok üçün yenidən hərəkətə keçməyə hazırlaşır.
Məlumata görə, İstanbul təmsilçisi 27 yaşlı ingiltərəli yarımmüdafiəçi üçün yanvar ayında "Nyukasl Yunayted"ə müraciət edəcək. Baş məşqçi Vinçenso İtalianonun da bəyəndiyi Uillok yarımmüdafiədə 8 və 10 nömrəli mövqelərdə çıxış edə bilir.
İngiltərə klubu ilə 189 rəsmi oyuna çıxan təcrübəli yarımmüdafiəçi 22 qol vurub və 11 məhsuldar ötürmə edib. "Beşiktaş"ın futbolçunun müqaviləsinin başa çatmasına az qalmasını danışıqlarda üstünlük kimi dəyərləndirmək istədiyi bildirilir. Şərtlər uyğunlaşarsa, klubun yanvar ayında rəsmi danışıqları sürətləndirəcəyi qeyd olunur.
Braziliya çempionatında çıxış edən "Santos"un futbolçusu Qabriel Bontemponun gələcəyi ilə bağlı Braziliya mətbuatında diqqətçəkən iddia yayılıb.
"Placar"ın xəbərinə görə, 21 yaşlı yarımmüdafiəçi xüsusilə "Beşiktaş" kimi böyük klubda çıxış etmək istəyir.
Jalə

