Goranboy rayonunda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Veyisli-Rəhimli yolunda qeydə alınıb. Rayon sakini, 2004-cü il təvəllüdlü İ.Həmidov VAZ-2107 markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Əliağa Əsgərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır. (oxu.az)

