Dünya

Nobel mükafatının məbləği artırıldı

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib.

Bubarədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir.

Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb.

Bəyanatda qeyd olunur ki, ilk Nobel mükafatlarının təqdim edildiyi 1901-ci ildə hər kateqoriya üzrə mükafatın məbləği 150 782 kron təşkil edib. Son 15 il ərzində mükafatın məbləğinə bir neçə dəfə yenidən baxılıb.

2012-ci ildə bu məbləğ 10 milyon krondan 8 milyon krona endirilmişdi. O vaxtdan bəri mükafatın məbləği üç dəfə artırılıb.

Builki Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək elan ediləcək.(oxu.az)

Demokrat.az

D
demokrat.az