Hadisə

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat — Saxlanılanlar var

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat — Saxlanılanlar var

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Demokrat.az Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur. Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Demokrat.az

D
demokrat.az