Maraqlı

"Kurtlar Vadisi" qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)

Kurtlar Vadisi qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)

Keçmiş MİT zabiti Kaşif Kozinoğlunun ölüm faktı üzrə başladılan yeni istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri ifadə verib. Dindirilməyə Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan cəlb olunub.

Kozinoğlu 1990-cı illərin əvvəllərində Azərbaycanda hərbi təlimlər keçib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində rol oynayıb. O, illər sonra "Ergenekon" işi üzrə həbs edilib və 2011-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib.

İstintaq serialdakı "Kaşifoğlu" obrazının ölüm səhnələri ilə real hadisələrin zaman baxımından üst-üstə düşməsini araşdırır. Ssenaristlər serial vasitəsilə ictimai rəyə təsir göstərmək şübhəsi ilə sorğulanıb.

Kurtlar Vadisi qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)

Demokrat.az

D
demokrat.az