Sentyabrın 15-dən şəhərətrafı qatarların hərəkət cədvəlində dəyişiklik ediləcək.
Demokrat.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, yeni cədvəlin tətbiqi ilə Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.
Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra isə bu istiqamətdə səfər müddətinin 26 dəqiqəyə qədər azaldılması nəzərdə tutulur.
Bununla yanaşı, körpüdəki işlərin yekunlaşmasından sonra Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları da bərpa ediləcək.
Dəyişikliklər nəticəsində şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya çatdırılacaq.
Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli


