Bəzən ilk baxışdan qəribə görünən kulinariya məsləhətləri kifayət qədər effektiv olur. Məsələn, bəzi insanlar əti qızartdıqdan sonra onu qısa müddətə soyuq suya salırlar. İddialara görə, bu, əti daha yumşaq etməyə kömək edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Kertvar" yazıb.
Əti yumşaq etmək üçün necə qızartmaq olar?
Bu üsula əsasən, hazır əti tavadan götürüb qısa müddətə soyuq suya salmaq, daha sonra artıq mayenin süzülməsini gözləmək və süfrəyə verilənədək qapağın altında saxlamaq lazımdır.
İddialara görə, soyuq su və daha sonra qapağın altında saxlanılması ətin yumşalmasına kömək edir. Bunun səbəbi nəmin ətin səthi qatlarına nüfuz etməsi, qapalı mühitin isə onun tez buxarlanmasının qarşısını almasıdır.
Bu üsulun həqiqətən işləyib-işləmədiyini yoxlamaq üçün kulinar Koşa Koloş eksperimenti təkrarlayıb. O, əti qızartdıqdan sonra tövsiyələrə tam əməl edib: əti soyuq suya salıb, suyunun süzülməsini gözləyib və qapalı qaba yerləşdirib. Yarım saat sonra yemək çıxarılaraq nəticə qiymətləndirilib.
Əti şirəli etmək üçün necə qızartmaq olar?
Nəticədə ət həqiqətən yumşaq olub. Lakin eksperiment məhz soyuq suyun əti yumşaltdığını təsdiqləməyib. Üstəlik, ətin yumşaq olması üçün onu hansı temperaturda suya salmağın elə də əhəmiyyəti yoxdur. Çünki ətin nəmliyi özünə çəkmə qabiliyyəti suyun temperaturundan asılı deyil.
Bununla belə, bu üsulun mənfi tərəfi də var: soyuq su ətin səthindəki yağın və ədviyyatların bir hissəsini yuya bilər. Nəticədə ət ətrinin bir hissəsini itirə, qabığı isə əvvəlki qədər iştahaaçan görünməyə bilər.
Əslində əti daha yumşaq etmək qızartma zamanı daha asandır. Əsas məsələ onu tavada həddindən artıq saxlamamaqdır. Ət nə qədər uzun müddət bişirilirsə, bir o qədər çox nəm itirir və nəticədə daha bərk olur.
Jalə Demokrat.az


