Məşhur astroloq Dinçer Güner 13–14 sentyabr həftəsində göy hadisələrinin 12 bürcə təsirlərini dəyərləndirib. Bu həftə münasibətlər, maliyyə, karyera, ünsiyyət və mühüm qərarlar əsas mövzular olacaq.
Merkuri–Uran və Günəş–Mars təsirləri təxirə salınmış işlərin yenidən gündəmə gəlməsinə və hərəkətə keçməyə şərait yarada bilər. Venera–Pluton kvadratı isə münasibətlərdə qısqanclıq, nəzarət və etimad problemlərini ön plana çıxara bilər.
Qoç və yüksələn Qoç
Bu həftə münasibətlərdə bəzi məsələlərə aydınlıq gətirmək lazım gələ bilər. Merkuri 7-ci evinizdən Saturnla qarşıdurma yaratdığı üçün tərəfdaşınız, həyat yoldaşınız və ya yaxın münasibətdə olduğunuz şəxslə ciddi söhbət gündəmə gələ bilər. Qarşı tərəf sizdən konkret cavab gözləyə bilər.
Ünsiyyətdə soyuqluq, məsafə və ya yanlış anlaşılma ehtimalı var. Dərhal müdafiəyə keçməməyə çalışın. Venera ilə Pluton arasındakı kvadrat pul, borc, kredit, ortaq vəsaitlər və dostluqlarla bağlı gərginlik yarada bilər.
Dostunuzla maliyyə məsələsi gündəmə gələ və ya sosial çevrənizdə kiminsə niyyətini daha aydın görə bilərsiniz. Bəzi dostluqlarda rəqabət, qısqanclıq və güc mübarizəsinin olduğunu fərq etmək mümkündür. Romantik münasibətlərdə sahiblik hissi güclənə bilər. Maliyyə məsələlərində başqasının puluna, kreditinə və ya dəstəyinə həddindən artıq güvənərək hərəkət etməyin.
Buğa və yüksələn Buğa
Bu həftə münasibətlər və karyera sahəsində gərginlik arta bilər. Veneranın qarşı bürcünüz olan Əqrəbdə hərəkəti və Plutonun karyera sahənizə kvadrat yaratması şəxsi həyatla iş arasında güc mübarizəsinə səbəb ola bilər.
Partnyorunuz işə həddindən artıq vaxt ayırdığınızı düşünə bilər və ya karyeranızdakı inkişaf münasibətlərinizə təsir göstərə bilər. Subaysınızsa, güclü və xarizmatik, lakin bir qədər nəzarətçi bir insana maraq göstərə bilərsiniz.
İş ortaqlıqlarında kimin sözünün keçdiyi məsələsi ön plana çıxa bilər. Rəhbərlərlə münasibətlərdə diplomatik davranmaq faydalıdır. Merkuri 6-cı evinizdən Saturnla qarşıdurma yaratdığı üçün iş yükünüz arta, gündəlik qrafikiniz sıxlaşa bilər.
Təxirə saldığınız işlərin birdən qarşınıza çıxması mümkündür. İş yoldaşları ilə ünsiyyətdə həddindən artıq tənqidi və ya müdafiə mövqeyində olmamağa çalışın.
Əkizlər və yüksələn Əkizlər
Bu həftə iş həyatınız, gündəlik rejiminiz və gələcək planlarınız arasında müəyyən ziddiyyətlər yarana bilər. Veneranın 6-cı evdən Plutona kvadrat yaratması iş mühitində güc mübarizəsi, rəqabət və gizli qısqanclıqları ön plana çıxara bilər.
Xüsusilə kimin daha uğurlu olduğu və daha çox təqdir aldığı məsələsi əhəmiyyət qazana bilər. İş yoldaşınızın davranışı sizi narahat edə və ya iş şəraitinizdə ciddi dəyişiklik etmək istəyə bilərsiniz.
Sağlamlıqla bağlı məsələlərdə həddindən artıq narahat davranmamağa çalışın. Merkuri 5-ci evinizdə olduğu üçün eşq həyatında ünsiyyət artacaq, lakin Saturnla qarşıdurma münasibətləri daha ciddi mərhələyə gətirə bilər.
Uşaqları olanlar üçün övladlarla bağlı məsuliyyət və qərarlar gündəmə gələ bilər. Sosial çevrənizdə sizi dəstəkləməyən insanlarla aranıza məsafə qoya bilərsiniz.
Xərçəng və yüksələn Xərçəng
Bu həftə eşq həyatınız aktiv, lakin gərgin ola bilər. Veneranın 5-ci evdə hərəkəti və Plutona kvadratı romantik münasibətlərdə cazibə, ehtiras və qısqanclığı eyni vaxtda gündəmə gətirə bilər.
Yeni biri ilə tanış olsanız, aranızda güclü yaxınlıq yarana bilər. Davam edən münasibətlərdə isə tərəflər arasında hisslərin və bağlılığın müzakirəsi mümkündür.
Maliyyə məsələlərində ortaq hesablar, borclar, kreditlər və partnyorunuzun maddi vəziyyəti gündəmə gələ bilər. Merkuri 4-cü evinizdən Saturnla qarşıdurma yaratdığı üçün ev və karyera arasında balans yaratmaq lazım gələcək.
Ailə ilə bağlı məsuliyyət iş həyatınıza təsir edə bilər. Köç, evin düzəni, kirayə və daşınmaz əmlakla bağlı məsələlərdə gecikmələr yaşana bilər.
Şir və yüksələn Şir
Bu həftə ev, ailə və münasibətlərlə bağlı bəzi məsələlər gündəmə gələ bilər. Veneranın 4-cü evdə hərəkəti və Plutonun 7-ci evdən yaratdığı kvadrat tərəfdaşınızla ev düzəni, ailələr və birgə yaşayış məsələləri ətrafında fikir ayrılıqlarına səbəb ola bilər.
Tərəflərdən birinin həddindən artıq nəzarətçi davranması digərinin inadını artıra bilər. Keçmiş ailə problemlərinin hazırkı münasibətlərinizə təsirini fərq edə bilərsiniz.
Ev dekorasiyası, köç və ya təmir üçün həddindən artıq xərcləmək meyli yarana bilər. Merkuri 3-cü evinizdən Saturnla qarşıdurma yaratdığı üçün ünsiyyətdə ciddilik artacaq.
Qardaşlar, yaxın çevrə və ya qohumlarla həll edilməli məsələ gündəmə gələ bilər. Təhsil, imtahan, müraciət, səyahət və hüquqi məsələlərdə gecikmələr mümkündür. Sənədi, elektron məktubu və ya müqaviləni tələsik təsdiqləməyin.
Qız və yüksələn Qız
Bu həftə ünsiyyətdə diqqətli olmaq lazımdır. Dediyiniz bir söz gözlədiyinizdən daha böyük müzakirəyə səbəb ola bilər. Veneranın 3-cü evdə hərəkəti və Plutonun 6-cı evdən kvadratı iş yoldaşları və yaxın çevrə ilə münasibətlərdə gizli rəqabəti ön plana çıxara bilər.
İş rejiminizdə dəyişiklik etmək istəyə bilərsiniz. Xüsusilə iş mühitində sizi yoran insanlara qarşı səbriniz azala bilər.
Merkurinin pul evindən Saturnla qarşıdurması maliyyə məsələlərini gündəmə gətirəcək. Borc, kredit, vergi, ödəniş və ortaq vəsaitlərlə bağlı məhdudiyyətlər yarana bilər. Böyük xərclərə daha ehtiyatla yanaşmaq faydalıdır.
Gəlir və xərclər arasındakı balansı daha real qiymətləndirmək lazım gələcək. İş həyatında əməyinizin qarşılığını da sorğulaya bilərsiniz.
Tərəzi və yüksələn Tərəzi
Bu həftə sizi birbaşa maraqlandıran mühüm qərarlar gündəmə gələ bilər. Merkurinin bürcünüzdə hərəkəti və Saturnla qarşıdurması münasibətlərdə ciddi söhbətləri qaçılmaz edə bilər.
Partnyorunuz, həyat yoldaşınız və ya ortağınız sizdən aydınlıq tələb edə bilər. Münasibətin sərhədlərini yenidən müəyyənləşdirmək lazım gələ bilər.
Veneranın pul evində hərəkəti və Plutonun eşq və əyləncə sahəsinə yaratdığı kvadrat səbəbindən eşq naminə həddindən artıq pul xərcləməməyə çalışın. Qısqanclıq və sahiblik hissi də güclənə bilər.
Yaradıcı layihələrdə mükəmməllik tələbi səbəbindən özünüzü həddindən artıq yükləməyin. Övladı olan Tərəzilər uşaqlarla bağlı maliyyə məsələsi ilə məşğul ola bilərlər.
Əqrəb və yüksələn Əqrəb
Veneranın bürcünüzdə olması cazibənizi və sosial enerjinizi artıra bilər. Lakin Plutonla kvadrat münasibətlərdə gərginliyi gücləndirə bilər.
Xüsusilə ailə və şəxsi həyatınızda nəzarət məsələləri gündəmə gələ bilər. Evdə kiminləsə fikir ayrılığı yaşaya və ya ailə daxilində keçmişdən qalan problem yenidən gündəmə gələ bilər.
Görünüşünüzü, evinizi və ya münasibətlərinizdəki davranışınızı dəyişmək istəyiniz arta bilər. Romantik münasibətlərdə təsirli olsanız da, sahiblik və qısqanclıq hisslərinə diqqət yetirmək lazımdır.
Merkurinin 12-ci evdən Saturnla qarşıdurması zehni yorğunluq yarada bilər. Yuxu rejimində problemlər yarana və müəyyən məsələləri davamlı düşünə bilərsiniz. Gizli qalan söhbət və ya məlumat üzə çıxa bilər.
Oxatan və yüksələn Oxatan
Bu həftə görünməyən bəzi məsələlər gözlədiyinizdən daha çox təsir göstərə bilər. Veneranın 12-ci evdən Plutona kvadratı keçmiş münasibətləri, gizli hissləri və tamamlanmamış məsələləri yenidən gündəmə gətirə bilər.
Keçmişə həddindən artıq köklənməməyə çalışın. Gizli münasibətlər və platonik əlaqələr daha mürəkkəb vəziyyətə düşə bilər.
Merkurinin 11-ci evdən Saturnla qarşıdurması sosial çevrə və dostluqlarda müəyyən seçimlərə səbəb ola bilər. Dostunuzla aranızda məsafə yarana və ya özünüzü müəyyən qrupun əvvəlki qədər üzvü kimi hiss etməyə bilərsiniz.
Eşq həyatında əyləncə məqsədilə başlayan münasibət ciddi söhbətə çevrilə bilər. Layihə və ya məqsədlərinizlə bağlı gözlədiyiniz dəstəyi ətrafınızdan dərhal ala bilməyə bilərsiniz.
Oğlaq və yüksələn Oğlaq
Bu həftə dostluq, pul və karyera məsələləri bir-biri ilə əlaqələnə bilər. Veneranın 11-ci evdə hərəkəti və Plutonun pul evinə yaratdığı kvadrat sosial çevrəniz vasitəsilə maliyyə məsələsini gündəmə gətirə bilər.
Dostunuzla pul alış-verişi etmək və ya ortaq işə başlamaq istəyirsinizsə, şərtləri əvvəlcədən dəqiqləşdirin. Sosial həyatla bağlı həddindən artıq xərcləmək meyli də yarana bilər.
Bəzi dostluqların arxasındakı maraq münasibətlərini də fərq edə bilərsiniz. Merkurinin karyera evindən Saturnla qarşıdurması iş həyatında ciddi qərar qəbul etməyinizi tələb edə bilər.
Rəhbərinizlə mühüm söhbət gündəmə gələ bilər. Ailə məsuliyyətləri karyera planlarınıza təsir göstərə bilər. İş və şəxsi həyat arasında daha aydın sərhədlər yaratmaq lazım olacaq.
Dolça və yüksələn Dolça
Veneranın karyera evində hərəkəti və Plutonun bürcünüzdən yaratdığı kvadrat iş həyatında mühüm dəyişiklikləri gündəmə gətirə bilər.
İşdə görünürlüğünüz arta bilər, lakin bununla yanaşı rəqabət və güc mübarizəsi də güclənə bilər. Rəhbər və ya digər səlahiyyətli şəxslə nəzarət məsələsi ətrafında fikir ayrılığı yarana bilər.
Karyeranızda köklü dəyişiklik etmək istəyiniz arta bilər. Bəzi Dolçalar imicini, işini və ya peşəkar istiqamətini tamamilə dəyişmək qərarına gələ bilərlər.
Merkurinin 9-cu evdən Saturnla qarşıdurması təhsil, səyahət, hüquq və xarici ölkələrlə bağlı məsələlərdə gecikmələr yarada bilər. İmtahan, müraciət və ya rəsmi prosedur gözlədiyinizdən daha çox vaxt ala bilər. Sənədləri diqqətlə yoxlamaq məsləhətdir.
Balıq və yüksələn Balıq
Bu həftə gələcək planlarınız, dünyagörüşünüz və maliyyə məsələlərinizlə bağlı müəyyən suallar yarana bilər. Veneranın 9-cu evdən Plutonun 12-ci evinə yaratdığı kvadrat uzun müddətdir düşündüyünüz səyahət, təhsil və ya xaricdə yaşamaq planları ilə bağlı gizli narahatlıqları üzə çıxara bilər.
Keçmişdə yaşadığınız təcrübə yeni imkanlara daha ehtiyatlı yanaşmağınıza səbəb ola bilər. Xaricdə və ya uzaqda yaşayan biri ilə emosional yaxınlaşma da mümkündür.
Akademik və ya hüquqi məsələlərdə həll edilməli əlavə problemlər ortaya çıxa bilər. Merkurinin 8-ci evdən Saturnla qarşıdurması borc, kredit, vergi, miras, aliment və ortaq vəsaitlərlə bağlı məsələləri gündəmə gətirə bilər.
Şəxsi büdcənizə daha diqqətlə yanaşmaq lazım gələcək. Böyük maliyyə qərarı qəbul etməzdən əvvəl bütün detalları nəzərdən keçirin. Emosional baxımdan da etimad məsələsi ön plana çıxa bilər.
Jalə Demokrat.az


