Cəmiyyət

Bərdədə xəstəxananın həyətində doğuş oldu

Bərdədə xəstəxananın həyətində doğuş oldu

Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib.

Demokrat.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:

"10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.

Dünyaya gələn uşağın çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qızdır.

Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir".

Demokrat.az

D
demokrat.az