Hadisə

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə “Mercedes E-Class” markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.

Qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.

Demokrat.az

D
demokrat.az