Hadisə

Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı

Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı

Qusar rayonu ərazisində kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Demokrat.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə 22 yaşlı Rzayev soyadlı şəxs saxlanılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az