Sosial Özəl

Dövlət sektorunda çalışanların sayı 7,7 min azaldı — Açıqlama

Dövlət sektorunda çalışanların sayı 7,7 min azaldı — Açıqlama

2026-cı il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər olub. Bu, iyulun 1-i ilə müqayisədə 6,3 min nəfər (0,35%) azalma deməkdir. Azalma əsasən dövlət sektorunda qeydə alınıb. Dövlət sektorunda çalışanların sayı 7,7 min nəfər (0,9%) azalaraq 836,9 minə düşüb. Özəl sektorda isə əksinə, çalışanların sayı 1,4 min nəfər (0,15%) artaraq 944,2 minə yüksəlib.

Dövlət sektorunda muzdla çalışanların sayının bir ayda 7,7 min nəfər azalmasının əsas səbəbləri nələrdir?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli, 489 nömrəli Fərmanı var.

Dövlət sektorunda çalışanların sayı 7,7 min azaldı — Açıqlama

Onun sözlərinə görə, həmin fərmana əsasən, dövlət orqanlarında, dövlətə məxsus publik hüquqi şəxslərdə və dövlətin tabeliyində olan digər qurumlarda, həmçinin büdcə təşkilatlarında vəzifələrin, iş yerlərinin və işlərin optimallaşdırılması nəzərdə tutulur.

Sahib Məmmədov əlavə edib ki, bu optimallaşdırma nəticəsində bəzi dövlət orqanları və təsisatlar ləğv edilir, yenidən təşkil olunur və digər struktur dəyişiklikləri həyata keçirilir:

“Bu da öz növbəsində dövlət orqanlarında işçi heyətinin sayının azalmasına gətirib çıxarır. Lakin paralel olaraq hazırda dövlət orqanlarında mövcud vakansiyalar üzrə işə qəbul prosesi də davam edir. Yəqin ki, sözügedən 7 min nəfərlik azalma əsasən bununla bağlıdır. Bununla belə, ümumi götürdükdə, respublika üzrə iş yerlərinin artımı qeydə alınıb”.

Fidan Hacızadə

D
demokrat.az