Texnologiya Özəl

Nvidia 17 milyard dollar cərimələnə bilər?

Nvidia 17 milyard dollar cərimələnə bilər?

Süni intellekt sahəsində fəaliyyət göstərən Nvidia şirkətinin 2025-ci ildə Groq ilə bağladığı 17 milyard dollarlıq razılaşmanı araşdırır.

Demokrat.az xəbər verir ki, araşdırmada razılaşmanın rəqabət qaydalarından yayınmaq məqsədilə xüsusi şəkildə hazırlanıb-hazırlanmadığı müəyyənləşdirilir.

Nvidia Groq şirkətini birbaşa satın almayıb. Tərəflər bunun əvəzinə texnologiyadan istifadə hüququ ilə bağlı razılaşma imzalayıb. Groq şirkətinin qurucusu Conatan Ross da daxil olmaqla bir sıra əsas əməkdaşlar isə Nvidia-ya keçib.

ABŞ Ədliyyə Nazirliyi bu üsulun şirkətin adi satınalma zamanı üzləşəcəyi rəqabət yoxlamalarından yayınmasına imkan verib-vermədiyini araşdırır.

Araşdırmanın nəticəsinin süni intellekt sahəsində böyük şirkətlərin gələcək satınalma və əməkdaşlıq siyasətinə təsir göstərə biləcəyi bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az