“İstanbullu Gelin” serialında “Bade” obrazını canlandıran məşhur aktrisa Hira Koyuncuoğlu ailə həyatı qurub.
Demokrat.az xəbər verir ki, aktrisa təxminən iki ildir münasibətdə olduğu iş adamı Baran Sulhan ilə evlənib.
İlin əvvəlində evlilik təklifi alan Koyuncuoğlu aprel ayında ailə arasında keçirilən mərasimlə nişanlanmışdı. Cütlüyün toyu isə yalnız yaxınlarının iştirakı ilə baş tutub.
Yeni evlənən cütlük xoşbəxt günlərindən fotoları sosial şəbəkə hesablarında paylaşıb. Aktrisanın sadə və zövqlü gəlinliyi də diqqət çəkib.
Toyun 6 sentyabr 2026-cı ildə keçirildiyi bildirilib.







Jalə Demokrat.az


