Mədəniyyət

Bum hakimi Ağamoğlan Sultanın etnik kökəni bəlli oldu — DNT analiz

Bum hakimi Ağamoğlan Sultanın etnik kökəni bəlli oldu — DNT analiz

Azərbaycan DNT layihəsindən maraqlı nəticə əldə olunub.

18-ci əsrin ortalarında Qəbələ sultanı və Bum hakimi olan Ağamoğlan Sultanın Y DNT nəticəsi bəllidir.

Araşdırmaya görə, ata nəsli Qəbələnin Mıxlıqovaq kəndindən Ağamoğlan soyundan olan həmyerlimizin Y DNT nəticəsi J2 haploqrupunun Z387 subkladı olaraq müəyyən olunub.

Bu nəsil həmçinin Qəbələnin Şəfili kəndindəki məşhur Musa bəyin və Bum kəndindəki İbrahim bəyin törəmələri ilə ata xətti ilə birləşir və əmioğludur. Belə ki,hər üç nəsil BigY edilsə FGC34168 subkladını daşıdığı ortaya çıxacaq. Marker hesablamasına əsasən Ağamoğlan Sultanın nəsli və bəy soyları təxmini olaraq 1700 ilə Türkiyədən türklərlə,Bolqarıstandan bolqar türkü və Başqırdlarla birləşirlər. Bu da subkladın əsasən türk qolu olduğunu təsdiqləyir.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin hal-hazırda rektoru olan Natiq İbrahimov da məhz bu nəsildəndir və Ağamoğlan Sultanın törəməsidir.

Test personal tiplidir (IN10636) və hər üçü digər layihə admini S.Bəşirov tərəfindən edilib.

Xatırladırıq ki, DNT analizinn nəticələrini Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar paylaşıb.

Demokrat.az

D
demokrat.az