Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.Belə ki, 2 "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.(Report)
Demokrat.az


