Şou-biznes Özəl

Bülent Ersoyun son görünüşü gündəm oldu: “Mənə bacı deməyin” — FOTO

Bülent Ersoyun son görünüşü gündəm oldu: “Mənə bacı deməyin” — FOTO

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy yeni görünüşü ilə yenidən gündəmə gəlib.

Türk sənət musiqisinin “Divası” Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonra dəyişən siması ilə diqqət çəkib. İyul ayında estetik əməliyyat keçirən sənətçi yeni görünüşü barədə danışarkən “Üzümü Lolita kimi etdirdim. Mənə bacı deməyin” deyib.

Ersoyun son görüntülərində üzündəki dəyişikliklərlə yanaşı, barmağındakı iri üzük də diqqət çəkib. Təxminən 12 karat olduğu bildirilən üzüyün çəhrayı sapfir və brilyantlardan ibarət olduğu iddia edilir.

Bülent Ersoy yaxın günlərdə Kuşadasında verdiyi konsertlə də gündəmə gəlmişdi. Səhnəyə təxminən 1,5 saat gec çıxan sənətçiyə tamaşaçılardan biri “Saat neçə oldu, xəbəriniz varmı?” deyə müraciət etmişdi. Ersoy isə buna sərt reaksiya verərək tamaşaçını söyərək konsert məkanından uzaqlaşdırmışdı.

Hadisədən sonra açıqlama verən sənətçi gecikməsinin səhhətində yaranan problemlə bağlı olduğunu və konsertdən əvvəl serum qəbul etdiyini bildirib. Ersoy sözlərinin hörmətsizlik məqsədi daşımadığını, ona qarşı deyilən ifadəyə cavab verdiyini vurğulayıb.

Sənətçinin estetik əməliyyatdan sonrakı yeni görünüşü isə sosial mediada müzakirələrə səbəb olub.

Bülent Ersoyun son görünüşü gündəm oldu: “Mənə bacı deməyin” — FOTO

Leyla Demokrat.az

D
demokrat.az